İtaliyanın Cənubi Teron bölgəsinin Mərkəzi hakimiyyət
orqanlarına münasibəti və Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə oluna
biləcək mexanizmlər
XX əsrin sonlarında dünya
xəritəsində baş verən geosiyasi dəyişikliklərin nəticəsi kimi meydana gələn
Dağlıq Qarabağ münaqişəsi müasir dünyanın ən uzun müddətli və ən faciəli etnik
münaqişələrindən biridir. Onun mövcudluğu Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin pozulmasının əsas səbəbi olmaqdan başqa, həm
də bölgənin təhlükəsizliyi və qarşılıqlı əməkdaşlığının qurulması üçün bir
təhdiddir. Məlumdur ki, XX əsr ərzində Avropa qitəsində -- etnik münaqişə baş
vermişdir və onların çoxu öz həllini tapmışdır. Yəni, əslində Avropa
dövlətlərinin və xalqlarının meydana gələn etnik münaqişələrin həlli ilə bağlı
kifayət qədər təcrübəsi vardır. Uzun müddət davam etməkdə olan Dağlıq Qarabağ
münaqişəsinin həllində də beynəlxalq təcrübəyə əsaslanması müəyyən
irəliləyişlərin tapılmasına yol aça bilər. Bu məsələyə Azərbaycan dövlət
orqanları da optimal yanaşırlar və Azərbaycanın dövlət rəhbərliyi də dəfələrlə
bildirmişdir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin çözülməsi
istiqamətində bu bölgəyə beynəlxalq təcrübədə olan ən yüksək statusu verməyə
hazırdır.
Cənubi Tirol təcrübəsi və
Dağlıq Qarabağ münaqişəsi
Etnik münaqişələrin həllində
beynəlxalq təcrübənin öyrəniulməsi baxımından İtaliyanın Cənubi Terol
bölgəsinin etnik problemlərinin öyrənilməsi nəzəri baxımdan Dağlıq Qarabağ
münaqişəsinin həlli yollarının axtarılmasına kömək göstərə bilər. Lakin burada
bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Avropa məkanında mövcud olmuş etnik
münaqişələr arasında mütləq bərabərlik işarəsi qoymaq mümkün deyildir. Bu
münaqişələrin nə qədər oxşar cəhəti olsa da, o qədər də fərqli cəhətləri
vardır.
Cənubi Tirol münaqişəsi ilə
Dağlıq Qarabağ münaqişəsi arasında da ciddi fərqlər mövcuddur. Hər şeydən əvvəl
Cənubi Tirol İtaliya ilə Avstriyanın və bölgədə yaşayan iki xalqın birgə həll
etdiyi problemdir. Dağlıq Qarabağ münaqişəsində isə əksinə, bu münaqişənin
tərəfi olan Ermənistan Respublikası bölgədə münaqişənin digər iştirakçısı olan
azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qoyandan sonra problemi zor gücünə öz xeyirinə həl
etməyə çalışır. Cənubi Tirolda ortaya çıxan problemlər mərhələləi şəkildə həll
olunursa, Dağlıq Qarabağda isə əksinə bir mənzərə müşahidə olunur .
Başlıcası isə Dağlıq Qarabağ
problemi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi
iddialarının və işğalçılıq siyasətinin nəticəsi kimi meydana gəlmişdir və buna
görə də Ermənistan Respublikası münaqişənin həllinə məhz bu planda yanaşır.
Yəni, Ermənistan Respublikası öz siyasətiini Dağlıq Qarabağ bölgəsinin
əhalisinin milli, siyasi, mədəni hüquqlarının daha yaxşı təmin olunması üçün
deyil, Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi üzərində qurur.
Ermənistan Respublikasının prezidenti S.Sarqsyan da açıqca bildirir ki, Dağlıq
Qarabağın Azərbaycan tərkibində gələcəyi yoxdur... Azərbaycanın nə hüauai
baxımdan, nə siyasi baxımdan, nə mənəvi baxımdan Dağlııq Qarabağa iddia etmək
haqqı yoxdur.
Qeyd etmək lazımdır ki, Cənubi
Tirol münaqişəsinin həllinin təcrübəsi ümumən etnik münaqişələrin həllinin
müəyyən müsbət bazasını təşkil edə bilər və bu müsbət bazanın Dağlıq Qarabağ
münaqişəsinin həllinə tətbiqi son illərdə siyasətşünaslar arasında da müzakkirə
obyekti olaraq qalmaqdadır. Hətta erməni siyasətşünasları da bu məsələyə öz
münasibətlərini bildirmişlər. Lakin Ermənistanın hakimiyyt dairələri kimi,
erməni siyasətşünasları Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız Azərbaycan ərazilərinin
işğalının möhkəmləndiriılməsi planında yanaşırlar və ona görə Cənubi Tirol
təcrübəsi erməni siyasətşünasları tərəfindən qətiyyətlə rədd edilir. Məsələn
bildirirlir ki, Ermənistan və Dağlıq Qarabağ Avropa İttifaqının üzvü deyil və
ona görə Cənubi Tirol təcrübəsi Dağlıq Qarabağ münaqişəsi üçün adekvat ola
bilməz, Dağlıq Qarabağ artıq de-fakto müstəqil dövlətdir və ona görə Cənubi
Tirol Dağlıq Qarabağ üçün nümunə ola bilməz, Dağlıq Qarabağı reallığı tamam başqa
tələbləri ortaya atır və s. bu tipli əsassız arqumentlər irəli sürürlər.
Cənubu Tirolun qısa tarixi
Qısaca qeyd etmək lazımdır ki,
Cənubi Tirol 1919-cu ilə kimi Avstriyanın tərkibinə daxil idi. Həmin il bu
bölgə İtaliyaya birləşdirildi. Bölgənin əhalisinin əksəriyyətini alman
dilində danışan əhali təşkil edir. Şimali Tirol isə hazırda da Avstriyanın
tərkibindədir. 1922-ci ildə Mussolini İtaliyada hakimiyyət başına gəldikdən
sonra alman dilinin və mədəniyyətinin sıxışdırılmasına başlandı.
İkinci Dünya Müharibəsindən
sonra Cənubi Tirol əhalisi bölgənin yenidən Avstriyaya qaytarılmasını tələb
etdilər. Lakin 1947-ci ildə imzalanmış Sülh Müqaviləsi Cənubi Tirolu İtaliyanın
tərkibində saxladı. 1946-cı ildə isə İtaliya ilə Avstriya hökumətləri arasında
Paris razılaşması imzalandı və həmim razılaşmaya görə bölgədə yaşayan əhalinin
dili bərabər hüquqlu sayılır və doğma dildə təhsil almaq hüququ təmin edilirdi.
Bölgədə alman və italyan dili rəsmi və ictimai qurumlarda bərabər səviyyədə
işlənə bilərdi.
1960-61-ci illərdə Avstriya
Beynəlxalq Millətlər Təşkilatında Cənubi Tirolun Avstriyaya birləşdirilməsi
məsələsini qaldırdı. 1969-cu ildə tərəflər uzun müzakirələrdən sonra bölgənin
statusunun müəyyənləşdirilməsi razılığəna gəldilər və bu razılıq əsasında
1972-ci ildə Cənubi Tirolun statusu müəyyənləşdirildi. 2001-ci ildən Cənubi
Tirol ayrıca bölgəsi hesab olunur. Hazırda bu bölgənin 463 min əhgalisindən 70
faizi alman dilində, 25 faizi italiya
dilində, 5 faizi ladin dilində danışır.
Etnik münaqişələrin həllində
Cənubi Tirol təcrübəsi
Cənubi Tirol muxtar bölgəsinin
əsas əhalisi alman dilində danışsa da, bu əhali bütünlükdə İtaliyada etnik
azlığı təşkil edir. Bölgənin statusunın əsası 1946-cı il fevralın 10-da Parisdə
imzalanmış Paris razılaşması ilə müəyyən olunmuşdur. Həmin razılaşmaya əsasın
Cənubi Tirol İtaliyanın tərkib hissəsi olsa da bu bölgə Avstriya tərəfindən
qayğıya götürülürdü. Nəzərdə tutulıub ki, bölgənin muxtariyyətinin əsasları
dinamikliyə malikdir və zərurət yarandıqca bu əsasıar inkişaf etdirilə bilər.
1992-ci ildə bölgənin yeni Əsasnaməsi Avstriya parlamenti tərəfindən də tanınıb
və bu əsasnamə bu iki dövlətin və Cənubi Tirolda yaşayan etnik azlıqların ümumi
razılığı ilə dəyişdirilə bilər.
Bölgənin statusu kimi, onun
əhalisinin hüquqları da müvafiq qanunvericilik əsasındfa tənzimlənir. Cənubi
Tirol Konstitusiyalı muxtar bölgədir və bu muxtariyyət təhsil, dil və sosial-iqtisadi
həyatda azlıqların hüquqlarını qoruyur. Bölgə əhalisinin bu hüquqlarının
qorunması beynəlxalq zəmanətlə təmin edilmişdir. Bu o deməkdir ki, bölgədə
alman dili rəsami italiya dili ilə eyni hüquyqa malikdir. Bu dillərdən daxili işlərdə, ordu yazışmalarında, dövlət
natorial orqanlarında, sığorta işlərində, dəmir yolunda, məktəblərdə, digər
dövlət orqanlarında eyni hüquqla işlədilir. Bölgənin əhalisinin ana dilinə
hörmət qoyulmasına xüsusi diqqət yetirilir və bütün sahələrdə iki dili bərabər
müşahidə etmək mümkündür. Bölgə əhalisinin öz ana dilində təhsil almaq hüququ
qanunvericilik şəklində qorunur. Bölgənin 70 yerlik parlamnetində hər iki
dildən istifadə edilir.
Cənubi Tirolun muxtariyyəti
elə qurulmuşdur ki, bu muxtariyyətin bütün hüquqları, səlahiyyətləri mərkəzi
dövlət orqanları ilə qarşılıqlı informasiyada və dövlət konstitusiya nəzarəti altındadır.
Muxtariyyətin mərkəri dövlət orqanları ilə qarşılıqlı münasibətləri qarşllıqlı
inteqrasiya, qarşılıqlı səlahiyyətlərə hörmət üzəriundə qurulmuşdur. Bu
qarşılıqlı hörmət idarəetmə orqanlarının seçilməsində, təyinatında da özünü
saxlamaqdadır. Bütün idarəetmə orqanları bölgənin etnik say tərkibinə mütənasib
şəkildə seçilir. Muxtariyyətin prezidentinin iki müavini vardır ki, onlar da
etnik qrupları təmsil edir. Dövlət xidmətinə qəbul zamanı hər iki dildən
imtahan verilir. Bütün dövlət postları da əhalinin etnik tərkibinə mütənasib
şəkildə bölünür.
Bölgənin status anlaşmasına
görə Cənubi Triolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət
təşkil edərsə, məsələ Konstitusiya məhkəməsində həll olunur. Bəzi məlumatlara
görə, bölgədə toplanan bütün vergi, bəzi məlumatlara görə isə toplanan verginin
85 faizi bölgədə saxlanılır ki, bu da bölgənin inkişafına müsbət təsir
göstərir.
Müəyyən vaxtlarda bölgədə
separatçı çağırışların qaldırıldığı faktları ilə də rastlaşmaq mümkündür.
Lakin bütünlükdə, bölgənin əhalisi arasında qarşılıqlı hörmət saxlanmaqdadır və
onların bu münasibətləri dövlət qanunvericiliyi ilə də qayğı altına alınmışdır.
Bu bölgənin muxtariyyət daxilində birgə yaşayış təcrübəsi erməni millətçiləri
və siyasətçiləri tərəfindən qəbul ediləcəyi təqdirdə Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində səmərəli təcrübə kimi nəzərdən keçirilə bilər.
Комментариев нет:
Отправить комментарий