среда, 18 апреля 2012 г.

ERMƏNİ İDEOLOQLARININ ABSURD İDDİALARI

Son illər ərzində siyasi, iqtisadi, mədəni, beynəlxalq və digər sahələrdə əldə edilən tarixi uğurlar yeniləşməkdə olan dünya düzənində Azərbaycanın mövqelərini daha da möhkəmləndirməkdə və onun dostlarının sayını artırmaqdadır. Müstəqil, qarşılıqlı maraqlara əsaslanan, xalqın uğurlarının genişlənməsinə istiqamətlənmiş uğurlu siyasət, beynəlxalq təhlükəsizliyə verilən töhfələr dünya miqyasında Azərbaycana olan marağı da indi xeyli gücləndirmişdir. Belə bir irəliləyiş Azərbaycanı dünya geostrategiyasında mühüm əhəmiyyət kəsb edən Cənubi Qafqazın aparıcı dövlətinə çevirmişdir. Bu inkişafın və irəliləyişin perspektivi isə kifayət qədər optimistdir.
Belə bir sürətli inkişaf sözsüz ki, Azərbaycan ərazilərinin işğalından əl çəkməyən, işğalçılığı ilə ölkəsini fəlakətlər girdabına salan erməni millətçilərini və Ermənistanın dövlət rəhbərliyini qıcıqlandırmaya bilməz. Ona görə də, erməni ideoloqları tərəfindən Azərbaycanın bütün sahələrdəki uğurlarının, dünyada daha geniş əks-səda tapan Azərbaycan həqiqətlərinin gözdən salınması üçün təhrif və dezinformasiyalar üzərində qurulan saxta təbliğat və iftiralar daha da artırılmaqdadır. Bu istiqamətdə Azərbaycanla bağlı olan hər şey hədəfə götürülür, Azərbaycana qarşı mümkün olan və olmayan dezinformasiyalar dövriyyəyə buraxılır, absurd və yalnız erməni məntiqindən irəli gələn iddialar irəli sürülür.
Ermənistanın hazırkı dövlət rəhbərliyi və konkret olaraq prezident S.Sarqsyan  Azərbaycana qarşı yönəldilmiş bu məntiqsiz təbliğatda istiqamətləndirici rola malikdir. Legitimliyi hətta erməni cəmiyyətində şübhə doğuran S.Sarqsyan son illərdə  kütləvi publika qarşısında etdiyi elə bir çıxış tapmaq olmaz ki, orada Azərbaycana qarşı absurd iddialar irəli sürməsin. Bu baxımdan Ermənistan prezidentinin 2011-ci il sentyabr ayının 22-də BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycana qarşı irəli sürdüyü tipik erməni iddialarını onun növbəti absurd iddiası kimi qiymətləndirmək olar. Millətçiliyin ümummilli təfəkkür, cəmiyyətin isə monoetnik bir cəmiyyətə  çevrildiyi ölkənin rəhbəri Azərbaycanı millətçilikdə ittihamlandıraraq mötəbər beynəlxalq auditoriya qarşısında dövlət başçısına yaraşmayacaq qeyri-ciddi bir mövqe nümayiş etdirməkdən çəkinmədi. Ermənistan prezidenti dedi: " Azərbaycanın təbliğat maşını vaxtaşırı dünya birliyinə və öz xalqına "ermənilərin qəddarlığı", o cümlədən həddi buluğa  çatmamış uşaqların öldürülməsi barəsində məntiqi təəssüf doğuran dəhşətli yalan quraşdırır və yayır".
Bu bəyanatın absurdluğu hər şeydən əvvəl ondadır ki, onu, Xocalı qırğınlarına rəhbərlik etmiş , onlarla uşağın və qocanın qanına əli batmış bir insan söyləmişdir. Bu bəyanatı vermiş insanın dünya ictimaiyyəti qarşısında nə dərəcədə səmimi olduğunu anlamaq üçün onun Tomaas de Baala verdiyi müsahibəsinə diqqət yetirmək kifayətdir. S.Sarqsyan həmin məlum müsahibəsində deyirdi: "Xocalıya qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməzlər. Biz bu stereotipi sındıra bildik".
Bununla da kifayətlənməyən Ermənistan dövlət rəhbəri BMT-dəki çıxışında daha bir absurd iddianı səsləndirməkdən çəkinmədi: " Bakı öz dövlət təbliğatında  erməniliyə qarşı hər şeyi nifrətə çevirmiş və onu çox təhlükəli səviyyəyə çatdırmışdır.... Xüsusilə təhlükəlidir ki, ermənifobiya ideyaları Azərbaycanın gənc nəslinin beyninə yeridilir ki, bu da dinc yanaşı yaşamağın gələcəyinə təhlükəlidir... Ermənifobiya təmayülünün təhlükəli artımı nəinki bölgədə etimad atmosferinin  formalaşmasına yol açmır, əksinə sual doğurur: yəni bu ölkə BMT-nin "dözümlülük nümayiş etdirmək, bir-biri ilə birgə sülh şəraitində yaşamaq" məsələsini belə başa düşmüşdür? Belə anlayışla BMT Təhlükəsizlik Şurasının üzvü olmaq nəinki yolverilməzdir, hətta buna iddia etmək belə təhlükəlidir" .
Bu iddianın qeyri-ciddi olduğunu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyi ilə bağlı BMT Baş Assambleyasında aparılan səsvermənin nəticələri də nümayiş etdirdi. Dünyanın 155 ölkəsinin ali nümayəndə heyəti Azərbaycanın namizədliyinə səs verməklə Ermənistan prezidentinin Azərbaycana qarşı irəli sürdüyü absurd iddiasına münasibət bildirmiş oldu.
Bununla belə, Azərbaycanda ermənifobiya təbliğatının "aparılması" son zamanlar Ermənistan rəhbərliyinin və erməni millətçilərinin antiazərbaycan təbliğatının əsas mövzusuna çevrilmişdir. Məsələn, 2012-ci il mart ayının 6-da NATO baş katibi ilə görüşündə Ermənistan prezidenti bir daha bildirdi ki, Azərbaycandakı ermənifob bəyanatlar dünya birliyi tərəfindən lazımınca qiymətləndirilməlidir, Ermənistanın xarici işlər naziri E.Nəlbəndyan 2012-ci il yanvar ayının 28-də erməni televiziyalarına müsahibəsində də oxşar bəyanatla çıxış etdi, Ermənistanın BMT-dəki nümayəndəsi bu təşkilatın Baş Assambleyasında 30 noyabr 2011-ci il tarixli çıxışında da Ermənistan prezidentinin bəyanatını təkrar etdi və Azərbaycanda ermənifobiya təbliğ edildiyini bəyan etdi.
Bu iddiaların absurdluğu və qeyri-ciddiliyi elə də şübhə doğurmur və millətçi fobiya əslində erməniliyə xas olan bir xəstəlikdir. İstər daxili siyasətində, istərsə də beynəlxalq aləmdə davam edən uğursuzluqların qarşısında Ermənistan rəhbərliyi və erməni millətçiləri öz problemlərindən diqqəti yayındırmaq üçün indi də belə qeyri-ciddi vasitələrə əl atırlar.
Ermənistan rəhbərliyinin bu iddialarının heç bir əsası yoxdur və bu məsələ ilə bağlı mövcud olan tarixi yaddaşın xatırlanması isə ermənilərin heç də xeyrinə olmayan və əksinə, erməni ifrat millətçiliyinin qədimiliyini ortaya qoyan bir səhnə aça bilər. Yəni millətçi fobiya təbliğatı erməni millətçilərinə xasdır və bunu başqalarının üstünə atmaqla erməni millətçiləri öz mahiyyətlərini heç də gizlədə bilməzlər. Antiazərbaycan və anti türk ifrat millətçiliyin erməni milli təfəkkürün mühüm tərkib hissəsinə çevrilməsinin nəticəsidir ki, Azərbaycan xalqı Türkmənçay müqaviləsinin şərtlərinə əsasən İrandan və Türkiyədən köçürülən ermənilərə öz torpaqlarında yer versə də elə həmin ermənilərin millətçi fobiya düşüncə və əməllərini qurbanına çevrildilər. Bu acı tarix Azərbaycan xalqına yaxşı məlumdur və bu acı tarix  millətçi fobiyanın haradan qaynaq aldığını da nişan verə bilər. Köçkün ermənilər tərəfindən qatı millətçilik ruhunda azərbaycanlıların sıxışdırılmasının tarixi faktı elə bir qabarıq millətçi aktdır ki, hətta ermənilərə xüsusi himayəsi ilə seçilən SSRİ rəhbəri M.S.Qorbaçov da buna öz təəccübünü gizlədə bilmirdi. Söhbət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı SSRİ Ali Sovetini Rəyasət Heyətinin məlum 18 iyul 1988-ci il tarixli iclasında M.S.Qorbaçovun Ermənistandan olan deputat, akademik Ambarsumyana XX əsrin əvvəlində və sonunda İrəvanda nə qədər azərbaycanlının olmasını xatırlatmasından gedir. O bildirdi ki, əsrin əvvəlində İrəvan əhalisinin 43 faizi azərbaycanlı idisə, Dağlıq Qarabağ münaqişəsinin başlanması ərəfəsində İrəvanda heç bir faiz də azərbaycanlı qalmayıb.
İrəvanda azərbaycanlı əhalinin və Bakıda isə erməni əhalinin nisbəti haqqında mövcud olan statistik rəqəmlər də millətçi fobiya təbliğatının hansı xalq arasında rəvac tapdığını deməyə əsas verir. 1897-ci ildə İrəvanda azərbaycanlılar şəhər əhalisinin 42,8 faizini, 1926-cı ildə 7,8 faizini, 1959-cu ildə 0,6 faizini, 1979-cu ildə isə 0,2 faizini təşkil edirdi. Bakıda isə ermənilər 1897-ci ildə ümumi əhalinin 17,1 faizini, 1926-cı ildə 18,1 faizini, 1959-cu ildə 17,2 faizini, 1979-cu ildə isə 14.1 faizini təşkil edirdi.
Bundan başqa hələ XIX əsrin ortalarından ermənilər arasında azərbaycanlılara qarşı millətçi fobiyanın ideologiyasının formalaşdırılmasına da başlanmışdı. Bu işdə bu gün də "böyük erməni yazıçısı, maarifçi-demokratı, yeni erməni ədəbiyyatının və yeni erməni ədəbi dilinin banisi, pedaqoq, etnoqraf"  Xaçatur Abovyanın xüsusi fəaliyyəti var idi. Əslində onu azərifobiyanın banisi də saymaq olar. M.F.Axundovdan başlayaraq Azərbaycanın bu dövr ədəbiyyat və maarif xadimlərinin əsərlərində hər hansı anti erməni fikrinə yer verilmədiyi halda, onların müasiri olan X.Abovyan indi erməni klassikasına çevrilmiş olan "Erməni yaraları" əsərində Azərbaycan xalqına qarşı ağlasızmaz təhqirlərə, iftiralara, təhriflərə yol vermişdir. Hazırda  təkrar-təkrar çap olunan yalnız bu əsər kifayətdir ki, erməni millətçi təfəkkürünün azəri fobiya mahiyyətini ortaya qoymaq mümkün olsun. Yalnız bir neçə cümləyə diqqət yetirməklə məsələyə müəyyən aydınlıq gətirmək olar. X.Abovyan adı çəkilən əsərində yazır:
"Bax, elə bu türk dili. Türklərin özləri bu dildə yazmırlar, ancaq danışırlar. Özü də onlar bizdən nə qədər kobuddurlar"
"Ermənilərin düşməni olan molla gecə-gündüz onu arzu edir ki, xristianlar yer üzündən yox olsunlar və onlarla birlikdə erməni xalqı da yox olsun. Bunun üçün minarəyə qalxaraq azan oxuyur...Əlini qulağına apararaq qışqırır və ermənilərə elə gəlir ki, bu şeytanın özünün şeypurudur"
"Erməni  xalqı nə etməli idi ki? Nuhdan başlayaraq düz 6 min il o, xristianların və mədəni xalqların arasında deyil, bütpərəstlərin, müsəlmanların, xristian olmayanların arasında yaşamışdı... Ancaq qızıl gül dənizdə bitə bilərmi, zanbaq odun yaxınlığında salamat qalarmı?"
Bizim üçün tarixi mərhələ olan sovet dövrünə qədərki müddətdə Azərbaycan xalqının ədəbiyyat və ictimai fikir tarixində milli dözümsüzlük təbliğ edən hər hansı belə bir əsərə rast gəlmək mümkün deyil. Əksinə, iki xalq arasında dinc yanaşı yaşayışı təbliğ edən ciddi ədəbiyyat və incəsənət əsərləri mövcuddur. Doğrudur, bu gün erməni ifrat millətçiliyinin ağır dərslərinin şahidi olanlar heç də belə əsərlərin mövcudluğuna birmənalı yanaşmırlar. Çünki artıq yaxşı məlumdur ki, azərbaycanlıların erməniliyə qarşı istiqamətlənmiş xoş iradəsi ermənilər tərəfindən yalnız erməni millətçiliyi çərçivəsində dəyərləndirilir.
Bununla belə, Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı N.Nərimanovun 1908-ci ildə qələmə aldığı "Bahadur və Sona" romanında erməni qızı Sona əsərin qəhrəmanı kimi seçilmişdi. Müəllif sonradan qələmə aldığı yazılarından birində də bildirirdi ki, əsərin qəhrəmanı kimi erməni qızı Sonanı seçməklə dini və milli ayrı-seçkiliyin aradan qaldırılmasına tərəfdar olduğunu bildirmişdi .
Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəyovun məşhur "Əsli və Kərəm" operasının qəhrəmanı olan Əsli də yazıldığı dövrdə də, sovet dövründə də erməni qızı kimi tanınırdı. Bu opera mütəmadi olaraq repertuarda olmuş və Azərbaycanın ən yaxşı sənətçiləri bu rolda çıxış etmişdilər. "Əsli və Kərəm" dastanı eyni zamanda Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı nümunəsi kimi aşıqların da sevə-sevə ifa etdiyi dastanlardan biri olmuşdu. Azərbaycan xalqının milli dözümlülük baxışları da əslində belə sənət nümunələrinin üzərində formalaşırdı ki, bunu ermənilər haqqında söyləmək yəqin ki heç mümkün deyil.
Hətta 1905-07-ci il, 1918-ci il qırğınlarından sonra da ermənilərdən fərqli olaraq Azərbaycan ədəbiyyatında və incəsənətində milli dözümlülüyü, ermənilərlə birgə yaşayışı təbliğ edən əsərlər işıq üzü gördü. S. Vurğunun "26-lar" poemasında, Mehdi Hüseynin "Komissar" povestində, İsa Hüseynovun ssenari müəllifi olduğu "26 Bakı komissarları" filmində və digər bir sıra əsərlərdə erməni obrazları ədəbi qəhrəmanlar kimi ictimai fikrə təqdim olundu. Bakı şəhərinin küçələrinin çoxuna erməni adları verildi, şəhərdə S.Şaumyanın heykəli qoyuldu, Bakının böyük rayonlarından biri S.Şaumyanın adı ilə adlandırıldı. İndi təəccüb və təəssüflə qarşılanan həmin addımların atılması ilə Azərbaycan ictimaiyyəti düşünürdü ki, keçmişin qara səhifələri üzərindən xətt çəkilməli və xalqlar arasında qarşılıqlı anlaşmaya dayaqlanan dinc yaşayış formalaşmalıdır. Məhz bunun üçün idi ki, Dağlıq Qarabağ münaqişəsi başlanana qədər ermənilərə qarşı dözümsüzlük ifadə edəcək hər hanı bir əsər işıq üzü görmədi. Bir daha qeyd edilməlidir ki, bu məsələyə münasibət indi bir mənalı deyildir. Əslində burada bir həqiqət də var. Çünki azərifobiyanı milli təfəkkür səviyyəsinə qaldırmış erməniliyə qarşı barışdırıcı mövqe nümayiş etdirilməsi zamanın sınağına heç də tab gətirmədi.
Bu xoş iradəyə qarşı erməniliyin verdiyi cavab isə tamamilə başqa oldu ki, bu barədə Azərbaycan xalqını ermənifobiyada ittihamlandıranlar xatırlamağı xoşlamırlar. Məsələn, 1946-48-ci illərdə  bu günkü Ermənistan ərazisində yaşayan 100 minlərlə azərbaycanlı kütləvi surətdə ağır deportasiyaya məruz qaldı. Erməni milli şüurunun öncüllərindən sayılan Marietta Şahinyan 1946-cı ildə İrəvanda çap etdirdiyi "Sovet Zaqafqaziyası" kitabında isə azərbycanlılara qarşı iftira və böhtanlar yağdırdı, ifrat millətçi mövqe nümayiş etdirdi. Kitabda azərbaycanlılara qarşı düşmənçilik əhval-ruhiyyəsi o dərəcədə qabarıq idi ki, Azərbaycanın rəhbəri M.C.Bağırov özü işə qarışmalı oldu və adı çəkilən kitabın millətçi təmayülü ilə bağlı ÜİK(b)P MK katibi A.Jdanova məktub göndərdi .
Azərbaycan rəhbərliyinin bu millətçi əsərə qarşı qətiyyətli mövqe tutmasından sonra M.Şahinyan Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimova məktub göndərərək Azərbaycana qarşı yanlış-təhqiredici fikirlərə yol verdiyini etiraf etdi və hətta bununla bağlı Azərbaycan qəzetlərində səhvə yol verməsi ilə bağlı məqalə çap etdirməyə hazır olduğunu bildirdi .
1947-ci ildə Mockvada Q.Xolopov (Xolopyan) adlı başqa bir erməni müəllifinin "Tərsanədə alovlar" ("Огни в бухте") adlı əsəri işıq üzü gördü ki, həmin kitab da Azərbaycan həqiqətlərini təhrif edən, Azərbaycan xalqına qarşı hörmətsizlik aşılayan fikirlərlə dolu idi. Kitabda azərbaycanlılar qəddar, geridə qalmış, bandit və s. kimi təsvir olunurdu. Yazıçının millətçi təfəkkürü kitabda qabarıq şəkildə ifadə edilmişdi. Bu kitabın  şovinist mahiyyəti haqqında da Azərbaycan rəhbəri M.C.Bağırov mərkəzə Malenkova məlumat verməli oldu .
1948-ci ildə S.Şaumyanın oğlu Levon Şaumyan 26 Bakı Komissarlarının güllələnməsinin 30 illiyi münasibətilə "Literaturnı qazeta"da çap etdirdiyi məqaləsində erməni komissarların adını sadalasa da M.Əzizbəyovun adını azərbaycanlı olduğu üçün unutmağı lazım bilmişdi. Qeyd etmək lazımdır ki,  tərkibinin əksəriyyətinin daşnak ermənilərdən təşkil olunmasına baxmayaraq, 26 Bakı komissarlarının Azərbaycanla və Bakı  ilə bağlılığına da ermənilər qəribə bir millətçi prizmadan yanaşıblar. Robert Arakelov  öz xatirələrində yazırdı ki, Bakı sözünün olduğu "26 Bakı Komissarları" ifadəsinin Ermənistanda mütəmadi olaraq səslənməsi erməni millətçilərinin düşüncə və baxışlarına uyğun deyildi və ona görə də İrəvan küçələrindən birinə verilən ad "26 komissarlar" adlandırıldı. "Bakı" sözü isə Azərbaycanı xatırlatdığı üçün əsassız yerə ixtisara salındı.
 1971-ci ildə İrəvanda C.Kirokosyanın  "Qərbi Ermənistan Birinci Dünya müharibəsi illərində" adlı kitabı nəşr edildi. Kitabda türkçülüyə qarşı düşmən mövqe və nifrət əsas ideyanı təşkil edir və bu kitabla bağlı azərbaycanlılar arasında münasibət bildirənlər də oldu. Doğrudur, bu münasibət mətbuatda çap olunmadı və çap olunması da heç mümkün deyildi. Amma Bakı sakini Rəmzi Yüzbaşovun həmin kitabla bağlı yazdığı məktub Prezident adminstrasiyasının Siyasi sənədlər arxivində  indi də saxlanmaqdadır.   Kitabın müəllifi Ermənistan SSR-in rəhbər vəzifələrində çalışmış və uzun müddət bu respublikanın xarici işlər naziri vəzifəsində olmuşdu. R.Yüzbaşovun həmin məktubunda sovet ideologiyasının çərçivəsindən kənara çıxa bilməyən ifadələr olsa da, onun yazdıqları iki xalqın birgəyaşayış və milli dözümlülük haqqındakı təfəkkürünün dəyərləndirilməsi baxımından maraqlıdır.   
" ...Mən Sizin "Qərbi Ermənistan Birinci Dünya müharibəsi illərində" kitabınızı diqqətlə oxudum. ... Mənim 66 yaşım var, Şamaxı şəhərindənəm. 1918-ci ilin martı baş verdi. Bakıdan Şamaxıya Stepan Lalayan dəstəsi gəldi. Onlar  cinsinə və yaşına baxmadan bütün müsəlmanları qırdılar. Elə dəhşətləri törətdilər ki, dünyada görünməmişdi. Uşaqları süngülərə keçirirdilər, qalanları isə qılıncdan. İnsanları məscidə doldurdular, kerosin töküb yandırdılar. Hər bir evi talan etdilər. Bütün şəhəri yandırdılar. Millətçi burjua ermənilərinin nümayəndələri oxşar mənzərəni Azərbaycanın digər yerlərində də yaratdılar... Azərbaycan mətbuatında heç olmasa bir sətir göstərin ki, bu faciəli hadisələri xatırlatmış olsun. Yoxdur və olmayacaq da. Dağıntılar törədən, günahsız insanları öldürən müxtəlif burjua partiyaların fəalları bizim ümumi düşmənlərimizdir.
Yetişməkdə olan nəslə yazığınız gəlsin, onları millətçilik, şovinizm və revanşizm zəhəri ilə zəhərləməyin.
Tezliklə biz də olmayacağıq. Qoy bizim uşaqlarımız bir-birinə etibar şəraitində və xoşbəxt yaşasınlar. Onlarda başqa xalqlara qarşı nifrət hisləri qızışdırmayın"
Sağlam zəkaya belə çağırış sədaları erməni millətçiləri tərəfindən əlbəttə ki, eşidilmədi. Əksinə, ermənilər arasında azərifobiyanın təcavüzkar düşmənçilik səviyyəsinə qaldırılması üçün erməniliyin zəkasının ağır artilleriyası işə salındı və 1984-cü ildə Azərbaycan xalqını ermənifobiyada ittihamlandıran hazırkı Ermənistan prezidentinin silahdaşı  bədnam Zori Balayanın "Oçaq"  kitabı çap etdirildi. Həmin kitab Dağlıq Qarabağ münaqişəsinin başladılması üçün azərbaycanlılara qarşı milli dözümsüzlüyün ideoloji bazisinə çevrildi. Bu kitabın millətçi dözümsüzlük ideyası üzərində  yazıldığı indi heç kimə sirr deyil. Hətta ingilis jurnalisti T.D.Vaal da bu kitabda azərbaycanlıların düşmən kimi təsvir edildiyini təsdiq edirdi.
Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Təşkilat komitəsində Ermənistan SSR-i  təmsil edən V.Kondratyev Z.Balayanın "Oçaq" kitabını şovinist və antiazərbaycan ruhlu kitab adlandırırdı və qeyd edirdi ki, SSRİ Dövlət Nəşriyyat Komitəsi 1985-ci il 28 avqust tarixli qərarı ilə bu kitab ciddi qüsurları olan və tarixi hadisələrin qiymətləndirilməsində qeyri-sinfi mövqe nümayiş etdirən bir kitab kimi xarakterizə edirdi. V.Kondratyevə görə, Z.Balayan kimi ifrat millətçinin "Oçaq" kitabının şovinist və antiazərbaycan mahiyyəti vaxtında açılsaydı, bu kitabın zərərli və qızışdırıcı mahiyyəti haqqında Azərbaycan mədəniyyət və ictimai xadimləri tərəfindən mərkəzə göndərilən müraciətlərə münasibət bildirilsəydi, Dağlıq Qarabağdakı erməni millətçilərinin və separatçılarının əməlləri lazımınca araşdırılaydı Dağlıq Qarabağ münaqişəsi də baş verməzdi.
Belə bir addım nəinki atılmadı, əksinə Dağlıq Qarabağ münaqişəsinin başlanması ərəfəsində Ermənistanın və erməniliyə mənsub olan kütləvi informasiya vasitələrində azərbaycanlılara qarşı kütləvi və qatı millətçi təbliğata başlandı. Həmin  kütləvi informasiya vasitələrində azərbaycanlılarla ermənilərin birgə yaşayışına çağıran hər hansı bir yazıya rast gəlmək isə mümkün deyildi. Çünki iki xalq arasında birgə yaşayış erməni millətçilərinin fəlsəfəsinə uyğun deyildi. Buna görə, azərbaycanlılarla birgəyaşayışın bərpa edilməsi erməni millətçiliyi və separatçılığı tərəfindən bir mənalı şəkildə rədd edilirdi. Hətta ermənilər daxilində iki xalq arasında birgəyaşayışın bərpasına meyl göstərənlər ermənilərin düşməni hesab edilir və məhv edilirdi. Bununla bağlı konkret misallar da mövcuddur.
Məsələn, Dağlıq Qarabağda erməni separatçılığının öncüllərindən biri olan Artur Mkrtçyan qoşulduğu prosesin mahiyyətini anlayanda və bununla bağlı öz mülahizələrini ifadə etməyə başlayanda dərhal aradan götürüldü. O öz evində, öz ailəsinin qarşısında ermənilər tərəfindən güllələndi. Və ya Dağlıq Qarabağda başlanan separatçılığın perspektivsizliyini görüb iki xalq arasında əvvəlki əlaqələrin bərpasını arzulayan Xocalı aeroportunun rəisi A.İşxanyan öz evində partladıldı. İki xalq arasında əlaqələrin bərpasını istəyən V.Qriqoryan da həmin tale ilə qarşılaşdı və o da millətçi ermənilər tərəfindən öz evində güllələndi.
Bu üsul da azərifobiyanın təbliği və onun cəmiyyət daxilində möhkəmləndirilməsi üçün erməni millətçilərinin əl atdığı "orijinal" vasitələrdən biridir. Erməni millətçiləri azərbaycanlılara qarşı nifrətin formalaşdırılması üçün hətta bundan da dəhşətli üsullara əl atmağa qadirdir. Belə vasitələrdən biri Sumqayıt hadisələri zamanı sınaqdan keçirildi və erməni millətçiləri azərbaycanlılarla birgəyaşayışın mümkünsüzlüyünü dünyaya nümayiş etdirmək üçün erməni Eduard Qriqoryanın əli ilə Sumqayıt ermənilərinin öldürülməsinə əl atdılar. Bununla da kifayətlənməyən erməni millətçiləri son nəhayətdə silahlı təcavüzkarlığa əl atdılar.
Həmin təcavüzkarlıq Azərbaycanın  beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasına, onun ərazilərinin işğal edilməsinə gətirib çıxardı. Azərbaycan ərazilərinin azad edilməsi haqqında Azərbaycan tərəfinin BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarların icra edilməsinə təkid göstərməsini, işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını, bir milyondan artıq qaçqın və köçkünün hüquqlarının bərpa olunmasını dilə gətirməsini və tələb etməsini isə Ermənistan rəhbərliyi ermənifobiya kimi dəyərləndirir. Burada da ermənilər öz müstəsnalığını nümayiş etdirməyə müvəffəq olmuşlar. Görünür erməni millətçiləri belə güman edirmişlər ki, ərazisini işğal etdiyi bir ölkədə təntənə ilə qarşılaşacaqlarmış.
Belə absurd və əsassız iddialar təəssüf doğursa da gələcəkdə daha təəccüblü iddiaların səslənəcəyini də istisna etmək olmaz. Çünki  çoxsaylı himayədarlarının siyasətində adi bir vasitəyə çevrilən Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətində qalmaq üçün millətçi-təcavüzkar təsəvvürlərini bəşəri həqiqət kimi təqdim etməkdə və bunu qəbul etməyənləri düşmən obrazında görməkdə davam edəcəklər.



среда, 4 апреля 2012 г.

Southern Tirol practice



SOUTHERN TIROL PRACTICE

Nagorno- karabakh problem, which appeared  as a result of geopolitical changes on the world map at the end of XX century, is one of the longlasting and disastorous ethnical conflicts of the world.  Its existence isn’t only the cause of the break of the  territorial integrity known in the international level, but also the great danger to the security and to the mutual cooorparation in this region. Nowadays, this conflict exceeded the bounds of a controversy among two nations and became a problem of the territories.
 It is known that throughout the XX century there were some ethnical clashes in Europe and most of them were solved.
Today, these conflicts are known as the dead conflicts. It means that European countries have enough practice connected with the solution of ethnical conflicts. OSCE wanted to follow Southeren Tirol sample in Abkhazia and in Southern Ossetia in Southern Caucasia, but faced failure. Russia’s support to this separatism is the main obstacle in the region. However, Southern Tirol version is considered the most potential alternative for Azerbaijan. It is believed that following the international practice can open some ways for some theoretical improvements in the solution of the problem.
Though the Southern Tirol is the European sample, there is a similarity between this autonomous status and Nagorno- Garabakh. The support of separatism in  Nagorno-karabakh by Armenia and the support of it by Austria in Southern Tirol, also the demand of Austria to separate Southern Tirol from Italy after the defeat of  this country  in the war, and Armenian’s claim of its victory in the war and the demand to recognize the “independence ” of Nagorno- Karabakh can be regarded as the main similarities between these events.
This case is regarded as the optimal version by the government and the head of the government reiterated that Azerbaijan is ready to give Nagorno-Karabakh the highest status known in the world practice towards the solution of this conflict.