понедельник, 20 февраля 2012 г.

Güney tumurcuqlari
Milli şüuru zəif olan toplumlar ölümə məhkumdur.Çünki milli şüuru olmayan ya zəif olan xalqlar tamamilə müdafiəsizdirlər.elə ise...
Bütöv Azərbaycan ideyasinin təbligi həm Müstəqil Azərbaycanda həm də Günəydə(İranin zəbt etdiyi Azərbaycan torpaqlarinda) en çox möhtac olduğumuz milli şüurlanmanin,  millətləşmə prosesinin sürətlə keçirilməsinə birbaşa müsbət təsir edir.Ən əsası iki ayri toplum kimi davranmagi bize vadar eden aşağiliq kompleksden azad olmaga kömək edir. Rus etnoloqu V. Kozlov qeyd edir ki:" İnsan birliyinin xüsusi formasi kimi her hansi xalq üzvlərində ethnik(milli) şüuru inkişaf etdiyi hallarda öz gücünü göstərə bilər.Mİlli şüurun zəif inkişaf etdiyi hallarda ziyalilar, dövlət xadimləri millətin formalaşdiği ərazilərdə onu hələ də oyatmağa çalişirlarsa bu birliyin mövcudluğu belə şübhə altina alina biler".
Dünya etnoqrafiya elmində etnogenez, etnik proseslər, etnik tarix problemi haqqinda obyektiv elmi fikir mövcuddur.Sadəcə siyasətçilər tarixçilər bu elmi nəticələrdən siyasi məqsədlər üçün istifadə etməklə onu saxtalaşdırırlar, xalqlarda etnogenez haqqinda aydin təsvvür yaranmasına imkan vermirlər.Çünki etnogenezi haqqinda aydin təsəvvürü olmayan xalqda milli kimlik şüuru onun milli qüruru, ləyaqət hisslər yarana bilməz. Etnogenez etnosun inkişafinin ele bir mərhələsidir ki, bu mərhəldə o, öznəməxsus bütün əxlaqi-mənəvi dəyərlər sistemini, milli simasini, adini, onun başqalarindan fərqləndirən mental xüsusiyyətlərini yaradir.Milli simanin, mənəvi dəyərlər sisteminin pozulmasi ilə etnos yaşamaq gücünü itirir, parçalanib başqa xalqlar arasinda yox olur.Etnik proseslerin sürətləndiyi bu" Dövr" belə zəif xalqlari, millətləri udur...Hələ necə ki, qarşisinda esarətdən yenice qurtulmuş, yorgun, zəif tarixi və kimliyi haqqinda aydin təsəvvürü olmayan Azərbaycan kimi dövlət ola...Çoxlari hələ də vətəndaşliqla soyu-kökü,kimliyi səhv salir.Odur ki, varligini sürdürmək üçün maariflənmeye çox böyük ehtiyac vardir...
Bu gün Guney azadliq istəyi ilə çirpinir.Gözəl məmləkətim isə susur.Susmasinin səbəbi isə İranin daxili işinə qarişma kimi qiymətləndirilir. Amma undulub ki, dövlət adamlarinin rəsmi bəyanlari ilə ictimai-siyasi təşkilatin nümayəndəsinin bəyanatlari arasinda fərq qoymaq lazimdir. Dövlətdən təmkin gözlədiyimiz kimi ictimayətdən də İranda yaşayan soydaşlarimiza münasibət gözləməyimiz də təbiidir.Amma bir də onu unutduq ki, biz heç kimliyimizi, hardan gelib hara getmeyimizi  bilmirik.Güney Biz-den müstəqilliyi ixrac etmək arzusuyla yaşasa da deyesen bu dəfə özləri örnək olacaqlar.Ən azindan dünyadan bixəbər, araşdirma aparmaq istəməyən və də israrla öz dediklərində duran manqurtlara kiimliyindən dərs vermış olacaqlar...
NS(manqurt)

Комментариев нет:

Отправить комментарий