понедельник, 5 марта 2012 г.

Etnuk münaqişələrin infopolitikası
(Dağlıq Qarabağ münaqişəsinin timsalında)

İnformasiyanın rolu haqqında:
İstər etnik münaqişələrin, istərsə də digər ictimai-siyasi proseslərin idarə edilməsində informasiyanın böyük rolu vardır. Bu da müasir dünyada informasiyanın təsir imkanları, ictimai fikrin formalaşmasında oynadığı rol ilə bağlıdır. Malik olduğu təsir imkanlarına görə informasiya hazırda dövlətin və ya informasiyadan istifadə edən qurumların güc vasitələrindən biri hesab olunur. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının Hərbi Doktrinasında diplomatiya, iqtisadiyyat və hərbi güclə bərabər informasiya dövlətin dörd güc mənbəyindən biri kimi xarakterizə olunmuşdur (Frank L.Iones. Information: The Psychological instrument. U.S. Army War College Guide to National Security Policy and Strategy. U.S, Army War College,2006, p.209-216
Etnik münaqişələrin meydana gəlməsi və inkişafında da informasiyanın rolu böyükdür. Bu münaqişələr ilk növbədə informasiya qarşıdurması kimi meydana gəlmiş və sonradan öz inkişafının digər mərhələlərinə qədəm qoymuşdur.
Etnik münaqişələrin informasiya siyasətinin məqsədi:
 Etrnik münaqişələrin informasiya politikasının necə qurulması ilə aşağıdakılara nail olmaq mümkündür:
-         Münaqişənin qabaqlanması və ya onun qızışdırılması
-         Münqaişə ilə bağlı geniş ictimai fikir formalaşdırılması;
-         Münaqişənin lokallaşdırılması və və onun beynəlxalq müstəviyə çıxarılması;
-         Qarşı tərəfin ictimai və siyasi fikrinə təsir göstərilməsi;
-         Münaqişənin həllinə məqsədyönlü şəkildə təsir göstərilməsi;
-         Münaqişənin dinc həllinin və ya hərbi müstəviyə keçirilməsinin yaxınlaşdırılması.
-         Münaqişənin həlli ətrafında beynəlxalq rəyin yaradılması;
Bütün etnik münaqişələr bir-birindən müəyyən fərqli cəhətlərə malikdirlər. Lakin onların ümumi və oxşar tərəfləri də mövcuddur. O cümlədən də etnik münaqişələrin informasiya siyasətinin də oxşar tərəfləri çoxdur.
Dağlıq Qarabağ münaqişəsi və informasiya siyasəti
Dağlıq Qarabağ münaqişəsi hazırda dünyada mövcud olan etnik münaqişələrin uzunömürlülərindən biridir. Etnik münaqişələrə xas olan cəhətlərin çoxu bu münaqişənin tarixində özünü göstərir. Ona görə bu münaqişənin informasiya siyasətini araşdırmaqla digər ernik münaqişələrin infopolitikası haqqında da geniş təsəvvür əldə etmək mümkündür.
Etnik münaqişənin informasiya siyasətinin araşdırılmasının əhəmiyyəti
Etnik münaqişələrin infopolitikasını araşdırmaqla həm bu münaqişənin necə inkişaf etdiyini görmək olar, həm də əldə edilmiş nəticələrə görə gələcək etnik münaqişələrin informasiya siyasətinin necə qurulacağını proqnozlaşdırmaq olar.
 Etnik münaqişələrin informasiya siyasətinin hazırlanması:
Etnik münaqişələrin ən azı iki tərəfi var. Bu münaqişənin maraqlı tərəfləri də ola bilər. Etnik münaqişənin tərəflərinin isə öz məqsədləri var. Ona görə etnik münaqişə ilə bağlı ən azı iki informasiya siyasəti formalaşır. Maraqlı tərəflərin, o cümlədən vasitəçilərin və beynəlxalq qurumların da bu münaqişə ilə bağlı öz siyasətləri ola bilər. Etrnik münaqişənin informasiya siyasəti
-         Tərəflərin etnik münaqişə ilə bağlı mövqelərinin əks etdirir;
-         Müxtəlif mərhəllərdən keçir;
-         Hər mərhələdə müxtəlif forma və metodlardan istifadə oluna bilər;
-         Dövlət və özəl informasiya vasitələrinin fəaliyyətini əlaqələndirir
Etnik münaqişənin informasiya siyasətinin qarşısında aşağıdakı vəzifələr dayanır
         Məlumatlandırma vəzifəsi. Bu zaman informasiya sadəcə məlumat çatdırır.   Hər hansı bir hadisə haqqında məlumatın olmaması cəmiyyətdə narahatlıqlar yarada, insanların mənəvi-psixoloji durumuna mənfi təsir göstərə bilər. Vaxtında verilmiş məlumat cəmiyyətdə yarana biləcək narahatlığı aradan qaldıra bilər
Təbliğat vəzifəsi.  Xarakteri, davamlılığı etibarilə informasiya ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Bu zaman xüsusilə informasiya mənbələrinə çıxışı olmayan əhali kütləsinə, verilən informasiyanın xarakterindən asılı olaraq yeni ictimai rəy aşılamaq mümkündür;
Səfərbəredici vəzifəsi. İctimai rəyinə təsir göstərilmiş əhalinin bir məqsəd ətrafında birləşdirilməsində, konkret fəaliyyət üçün səfərbər edilməsində də informasiyanın özünəməxsus rolu vardır.     
Etnik münaqişənin informasiya siyasətinin forma və metodologiyası
Qarşıya qoyulan məqsədə çatmaq üçün informasiya siyasətinin aparılmasında müxtəlif forma və metodlardan istifadə oluna bilər:
-         Sadəcə məlumatlandırma;
-         Dezinformasiya;
-         Əkstəbliğat
-         Informasiyaların qarşılıqlı müqayisədə təqdim olunması
Etnik münaqişənin informasiya siyasətinin texnologiyası (üsulları):
-         Kütləvi informasiya vasitələrindən istifadə edilməklə,
-         Video və foto materiallardan istifadə edilməklə;
-         Kütləvi tədbirlər və görüşlər keçirməklə;
-         Beynəlxalq tədbirlər həyata keçirməklə
Etnik münaqişənin informasiya siyasətinin resursları
-         Qəzet və jurnallar;
-         Elektron informasiya vasitələri;
-         Yazılı çap məhsulları
-         Dünya mediyası
-         Şifahi təbliğat
Etnik münaqişənin informasiya siyasətinin istiqamətləri:
-         Münaqişənin hüquqi əsaslandırılması istiqaməti;
-         Münaqişənin tarixi baxımdan əsaslandırılması istiqaməti;
-         Qarşı tərəfin fəaliyyətinin ifşa edilməsi istiqaməti;
-         Münaqişənin  iqtisadi, mədəni və humanitar aspektləri istiqaməti
-         Münaqişə ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqaməti

Bütün bu məsələlərin hər biri özünü müxtəlif formalarda göstərə bilər. Onların araşdırılması xüsusi diqqət tələb edir.




Комментариев нет:

Отправить комментарий