пятница, 2 марта 2012 г.


İtaliyanın Cənubi Teron bölgəsinin Mərkəzi hakimiyyət orqanlarına münasibəti və Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə oluna biləcək mexanizmlər




XX əsrin sonlarında dünya xəritəsində baş verən geosiyasi dəyişikliklərin nəticəsi kimi meydana gələn Dağlıq Qarabağ münaqişəsi müasir dünyanın ən uzun müddətli və ən faciəli etnik münaqişələrindən biridir. Onun mövcudluğu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının əsas səbəbi olmaqdan başqa, həm də bölgənin təhlükəsizliyi və qarşılıqlı əməkdaşlığının qurulması üçün bir təhdiddir. Məlumdur ki, XX əsr ərzində Avropa qitəsində -- etnik münaqişə baş vermişdir və onların çoxu öz həllini tapmışdır. Yəni, əslində Avropa dövlətlərinin və xalqlarının meydana gələn etnik münaqişələrin həlli ilə bağlı kifayət qədər təcrübəsi vardır. Uzun müddət davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsinin həllində də beynəlxalq təcrübəyə əsaslanması müəyyən irəliləyişlərin tapılmasına yol aça bilər. Bu məsələyə Azərbaycan dövlət orqanları da optimal yanaşırlar və Azərbaycanın dövlət rəhbərliyi də dəfələrlə bildirmişdir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində bu bölgəyə beynəlxalq təcrübədə olan ən yüksək statusu verməyə hazırdır.

Cənubi Tirol təcrübəsi və Dağlıq Qarabağ münaqişəsi

Etnik münaqişələrin həllində beynəlxalq təcrübənin öyrəniulməsi baxımından İtaliyanın Cənubi Terol bölgəsinin etnik problemlərinin öyrənilməsi nəzəri baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasına kömək göstərə bilər. Lakin burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır.  Avropa məkanında mövcud olmuş etnik münaqişələr arasında mütləq bərabərlik işarəsi qoymaq mümkün deyildir. Bu münaqişələrin nə qədər oxşar cəhəti olsa da, o qədər də fərqli cəhətləri vardır.
Cənubi Tirol münaqişəsi ilə Dağlıq Qarabağ münaqişəsi arasında da ciddi fərqlər mövcuddur. Hər şeydən əvvəl Cənubi Tirol İtaliya ilə Avstriyanın və bölgədə yaşayan iki xalqın birgə həll etdiyi problemdir. Dağlıq Qarabağ münaqişəsində isə əksinə, bu münaqişənin tərəfi olan Ermənistan Respublikası bölgədə münaqişənin digər iştirakçısı olan azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qoyandan  sonra problemi zor gücünə öz xeyirinə həl etməyə çalışır. Cənubi Tirolda ortaya çıxan problemlər mərhələləi şəkildə həll olunursa, Dağlıq Qarabağda isə əksinə bir mənzərə müşahidə olunur .
Başlıcası isə Dağlıq Qarabağ problemi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddialarının və işğalçılıq siyasətinin nəticəsi kimi meydana gəlmişdir və buna görə də Ermənistan Respublikası münaqişənin həllinə məhz bu planda yanaşır. Yəni, Ermənistan Respublikası öz siyasətiini Dağlıq Qarabağ bölgəsinin əhalisinin milli, siyasi, mədəni hüquqlarının daha yaxşı təmin olunması üçün deyil, Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi üzərində qurur. Ermənistan Respublikasının prezidenti S.Sarqsyan da açıqca bildirir ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində gələcəyi yoxdur... Azərbaycanın nə hüauai baxımdan, nə siyasi baxımdan, nə mənəvi baxımdan Dağlııq Qarabağa iddia etmək haqqı yoxdur.
Qeyd etmək lazımdır ki, Cənubi Tirol münaqişəsinin həllinin təcrübəsi ümumən etnik münaqişələrin həllinin müəyyən müsbət bazasını təşkil edə bilər və bu müsbət bazanın Dağlıq Qarabağ münaqişəsinin həllinə tətbiqi son illərdə siyasətşünaslar arasında da müzakkirə obyekti olaraq qalmaqdadır. Hətta erməni siyasətşünasları da bu məsələyə öz münasibətlərini bildirmişlər. Lakin Ermənistanın hakimiyyt dairələri kimi, erməni siyasətşünasları Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız Azərbaycan ərazilərinin işğalının möhkəmləndiriılməsi planında yanaşırlar və ona görə Cənubi Tirol təcrübəsi erməni siyasətşünasları tərəfindən qətiyyətlə rədd edilir. Məsələn bildirirlir ki, Ermənistan və Dağlıq Qarabağ Avropa İttifaqının üzvü deyil və ona görə Cənubi Tirol təcrübəsi Dağlıq Qarabağ münaqişəsi üçün adekvat ola bilməz, Dağlıq Qarabağ artıq de-fakto müstəqil dövlətdir və ona görə Cənubi Tirol Dağlıq Qarabağ üçün nümunə ola bilməz, Dağlıq Qarabağı reallığı tamam başqa tələbləri ortaya atır və s. bu tipli əsassız arqumentlər irəli sürürlər.

Cənubu Tirolun qısa tarixi

Qısaca qeyd etmək lazımdır ki, Cənubi Tirol 1919-cu ilə kimi Avstriyanın tərkibinə daxil idi. Həmin il bu bölgə İtaliyaya birləşdirildi. Bölgənin əhalisinin əksəriyyətini alman dilində danışan əhali təşkil edir. Şimali Tirol isə hazırda da Avstriyanın tərkibindədir. 1922-ci ildə Mussolini İtaliyada hakimiyyət başına gəldikdən sonra alman dilinin və mədəniyyətinin sıxışdırılmasına başlandı.
İkinci Dünya Müharibəsindən sonra Cənubi Tirol əhalisi bölgənin yenidən Avstriyaya qaytarılmasını tələb etdilər. Lakin 1947-ci ildə imzalanmış Sülh Müqaviləsi Cənubi Tirolu İtaliyanın tərkibində saxladı. 1946-cı ildə isə İtaliya ilə Avstriya hökumətləri arasında Paris razılaşması imzalandı və həmim razılaşmaya görə bölgədə yaşayan əhalinin dili bərabər hüquqlu sayılır və doğma dildə təhsil almaq hüququ təmin edilirdi. Bölgədə alman və italyan dili rəsmi və ictimai qurumlarda bərabər səviyyədə işlənə bilərdi.
1960-61-ci illərdə Avstriya Beynəlxalq Millətlər Təşkilatında Cənubi Tirolun Avstriyaya birləşdirilməsi məsələsini qaldırdı. 1969-cu ildə tərəflər uzun müzakirələrdən sonra bölgənin statusunun müəyyənləşdirilməsi razılığəna gəldilər və bu razılıq əsasında 1972-ci ildə Cənubi Tirolun statusu müəyyənləşdirildi. 2001-ci ildən Cənubi Tirol ayrıca bölgəsi hesab olunur. Hazırda bu bölgənin 463 min əhgalisindən 70 faizi  alman dilində, 25 faizi italiya dilində, 5 faizi ladin dilində danışır.

Etnik münaqişələrin həllində Cənubi Tirol təcrübəsi

Cənubi Tirol muxtar bölgəsinin əsas əhalisi alman dilində danışsa da, bu əhali bütünlükdə İtaliyada etnik azlığı təşkil edir. Bölgənin statusunın əsası 1946-cı il fevralın 10-da Parisdə imzalanmış Paris razılaşması ilə müəyyən olunmuşdur. Həmin razılaşmaya əsasın Cənubi Tirol İtaliyanın tərkib hissəsi olsa da bu bölgə Avstriya tərəfindən qayğıya götürülürdü. Nəzərdə tutulıub ki, bölgənin muxtariyyətinin əsasları dinamikliyə malikdir və zərurət yarandıqca bu əsasıar inkişaf etdirilə bilər. 1992-ci ildə bölgənin yeni Əsasnaməsi Avstriya parlamenti tərəfindən də tanınıb və bu əsasnamə bu iki dövlətin və Cənubi Tirolda yaşayan etnik azlıqların ümumi razılığı ilə dəyişdirilə bilər.
Bölgənin statusu kimi, onun əhalisinin hüquqları da müvafiq qanunvericilik əsasındfa tənzimlənir. Cənubi Tirol Konstitusiyalı muxtar bölgədir və bu muxtariyyət təhsil, dil və sosial-iqtisadi həyatda azlıqların hüquqlarını qoruyur. Bölgə əhalisinin bu hüquqlarının qorunması beynəlxalq zəmanətlə təmin edilmişdir. Bu o deməkdir ki, bölgədə alman dili rəsami italiya dili ilə eyni hüquyqa malikdir. Bu dillərdən  daxili işlərdə, ordu yazışmalarında, dövlət natorial orqanlarında, sığorta işlərində, dəmir yolunda, məktəblərdə, digər dövlət orqanlarında eyni hüquqla işlədilir. Bölgənin əhalisinin ana dilinə hörmət qoyulmasına xüsusi diqqət yetirilir və bütün sahələrdə iki dili bərabər müşahidə etmək mümkündür. Bölgə əhalisinin öz ana dilində təhsil almaq hüququ qanunvericilik şəklində qorunur. Bölgənin 70 yerlik parlamnetində hər iki dildən istifadə edilir.
Cənubi Tirolun muxtariyyəti elə qurulmuşdur ki, bu muxtariyyətin bütün hüquqları, səlahiyyətləri mərkəzi dövlət orqanları ilə qarşılıqlı informasiyada və dövlət konstitusiya nəzarəti altındadır. Muxtariyyətin mərkəri dövlət orqanları ilə qarşılıqlı münasibətləri qarşllıqlı inteqrasiya, qarşılıqlı səlahiyyətlərə hörmət üzəriundə qurulmuşdur. Bu qarşılıqlı hörmət idarəetmə orqanlarının seçilməsində, təyinatında da özünü saxlamaqdadır. Bütün idarəetmə orqanları bölgənin etnik say tərkibinə mütənasib şəkildə seçilir. Muxtariyyətin prezidentinin iki müavini vardır ki, onlar da etnik qrupları təmsil edir. Dövlət xidmətinə qəbul zamanı hər iki dildən imtahan verilir. Bütün dövlət postları da əhalinin etnik tərkibinə mütənasib şəkildə bölünür.  
Bölgənin status anlaşmasına görə Cənubi Triolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya məhkəməsində həll olunur. Bəzi məlumatlara görə, bölgədə toplanan bütün vergi, bəzi məlumatlara görə isə toplanan verginin 85 faizi bölgədə saxlanılır ki, bu da bölgənin inkişafına müsbət təsir göstərir.
Müəyyən vaxtlarda bölgədə separatçı çağırışların qaldırıldığı faktları ilə də rastlaşmaq mümkündür. Lakin bütünlükdə, bölgənin əhalisi arasında qarşılıqlı hörmət saxlanmaqdadır və onların bu münasibətləri dövlət qanunvericiliyi ilə də qayğı altına alınmışdır. Bu bölgənin muxtariyyət daxilində birgə yaşayış təcrübəsi erməni millətçiləri və siyasətçiləri tərəfindən qəbul ediləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində səmərəli təcrübə kimi nəzərdən keçirilə bilər.

Комментариев нет:

Отправить комментарий